Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin Nəsimi rayonunda uşaq bağçasının ərazisində yanğın olub.
FHN-dən verilən məlumata görə, uşaq bağçasının ərazisində ümumi sahəsi 40 m² olan tikilinin (anbar kimi istifadə olunur) yanar konstruksiyaları və içərisində istifadəyə yararsız əşyalar yanıb. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
ŞƏRHLƏRŞƏRH YAZ