İnsanlara hürriyət, millətlərə istiqlal!

Mbappe “Real Madrid”də ilk mövsümündə tarixi nəticəyə imza atdı

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe klubun tarixinə düşüb.

Milli.Az xəbər verir ki, "Squawka" nəşrinin məlumatına əsasən, ulduz futbolçu La Liqadakı debüt mövsümündə 30-dan çox qol vuran "Kral klubu"nun ilk oyunçusu olub.

Mbappe bu uğura komandasının "Real Sosyedad" üzərində 2:0 hesablı qələbə qazandığı qarşılaşmada dubla imza ataraq nail olub. Bu qollarla onun La Liqadakı qol sayı 31-ə çatıb.

Bu nəticə ilə Mbappe La Liqada debüt mövsümündə ən çox qol vuran futbolçular siyahısında üçüncü yerə yüksəlib:

Ronaldo - 34 qol (1996/1997, "Barselona")

Pruden - 33 qol (1940/1941, "Atletiko Aviasyon")

Kilian Mbappe - 31 qol (2024/2025, "Real Madrid")

Romario - 30 qol (1993/1994, "Barselona")

Ümumilikdə Mbappe bu mövsüm bütün turnirlərdə 54 oyunda iştirak edərək 42 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR