İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üçün Ukrayna ikinci Əfqanıstana çevrilə bilər – "Bloomberg"dən sərt xəbərdarlıq

ABŞ prezidenti Donald Trampın Ukraynaya dəstəyi dayandıra biləcəyi ilə bağlı ehtimallar ciddi narahatlıq doğurur.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyi ekspertlərə istinadən bu ssenarinin Tramp üçün siyasi fəlakət ola biləcəyini yazır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər Tramp Ukraynanı taleyin ümidinə buraxsa və Rusiya bu ölkənin təslim olmasına nail olsa, bu, onun üçün sarsıdıcı siyasi məğlubiyyət olacaq.

"Tramp anlayır ki, Ukraynanı satmaq onun siyasi karyerasında gurultulu bir fiaskoya səbəb ola bilər", – deyə məqalədə qeyd olunur.

Ekspertlərin fikrincə, belə bir ssenari Ukraynanın müqavimətini qırmaqla yanaşı, ABŞ-ın qlobal nüfuzuna da ciddi zərbə vura bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 May 2025

BÜTÜN XƏBƏRLƏR