Onlayn ictimai-siyasi qəzet
8 yaşlı Elxan Nağıyev bir ildən çoxdur ki, leykoz (kəskin qan xərçəngi) ilə mübarizə aparır.
Bu barədə Musavat.com-a onun atası Elturan Nağıyev bildirib.
Valideynin sözlərinə görə, 2025-ci ilin mart ayında Antalyadakı "Medical Park" xəstəxanasında Elxana sümük iliyi transplantasiyası uğurla həyata keçirilib:
"Lakin təəssüf ki, Elxan ilik savaşı (GVHD) keçirdiyi üçün hazırda da xəstəxanada müalicəsi davam edir. Aylardır bütün maddi imkanlarımızı bu müalicəyə yönəltmişik. Bu gün Türkiyədə tamamilə çarəsiz qalmışam – xəstəxanaya olan borcumuz səbəbindən Elxanın müalicəsini davam etdirməkdə ciddi çətinlik yaşayırıq. Ehtiyacı olan insanlara göstərdiyiniz diqqət və dəstəklə tanındığınızı bildiyim üçün böyük bir ümidlə sizə müraciət edirəm. Elxanın həyatını xilas etməyə kömək edin".
İmkanlı və xeyirxah insanların bu çağırışa laqeyd qalmayacaqlarına ümid edirik.
+994 55 723 65 55 (WhatsApp, Azərbaycan)
+90 535 553 00 85 (Türkiyə)
28 Iyul 2025
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ