İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin “İran planı” ortaya çıxdı – 6 obyektə zərbə, PUA-lar və raketlər!

İranın nüvə obyektlərinə zərbə endirmək planı ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə hazırlanmağa başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.

“Bu, uzunmüddətli hava əməliyyatı olmalı idi”, – deyə kanalın mənbəsi bildirib.

Onun sözlərinə görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 2024-cü ilin payızında İranın nüvə proqramını tamamilə dayandırmaq məqsədilə "əhatəli" zərbə planı üzərində işləməyə başlayıb. Plana əsasən, 6 obyektə bir neçə zərbə endirilməsi nəzərdə tutulurdu.

Həmçinin qeyd olunur ki, plan İranın hava hücumundan müdafiə sistemlərinin və ballistik raket anbarlarının məhv edilməsini də əhatə edirdi. Eyni zamanda ABŞ rəsmiləri Yaxın Şərqdəki hərbi bazalara mümkün cavab hücumlarına hazırlaşırdılar. ABŞ prezidenti Donald Trampın administrasiyasının bəzi rəsmiləri bu "genişləndirilmiş" İran planını "real və tətbiq edilə bilən" hesab edirdilər.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Cəmi bir sutka sonra İran cavab hücumu həyata keçirib. ABŞ isə münaqişənin gərginləşməsindən 9 gün sonra münaqişəyə qoşulub və iyunun 22-nə keçən gecə İranın üç nüvə obyektinə zərbə endirib.

İyunun 23-ü axşam isə Tehran Qətərdə yerləşən, Yaxın Şərqdəki ən böyük ABŞ aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyətinin məlumatına görə, hücum nəticəsində xəsarət alan olmayıb və ciddi ziyan qeydə alınmayıb. Daha sonra Donald Tramp bəyan edib ki, İsrail və İran atəşkəsi tam şəkildə qəbul ediblər. Atəşkəs iyunun 24-dən qüvvəyə minib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR