İnsanlara hürriyət, millətlərə istiqlal!

Bədəndə şişkinlik bu 3 səbəbdən ola bilər – Kardioloq xəbərdarlıq edir

Bədəndə yaranan şişkinlik və ödem təkcə ürək xəstəlikləri ilə bağlı olmaya bilər.

Kardioloq, anestezioloq-reanimatoloq Anton Vaxlyaevin sözlərinə görə, bu simptomlar müxtəlif orqan sistemlərinin pozğunluqları zamanı da müşahidə oluna bilər.

“Ödemə səbəb olan xəstəliklər çoxdur. Bunlara böyrək patologiyaları, allergik reaksiyalar, limfostaz, onkoloji proseslər və varikoz damar genişlənməsi daxildir.

Həmçinin arterial hipertoniya, koronar ürək xəstəliyi, ürək qapaq qüsurları və iltihabi ürək xəstəlikləri də ödemlə nəticələnə bilər”, – deyə mütəxəssis bildirib.

Həkim qeyd edib ki, əl-ayaq və üzdə yaranan şişkinlik zamanı təkcə ürəkdən şübhələnmək düzgün deyil:

“Bədəndə ödem varsa, kompleks şəkildə müayinələrdən keçmək vacibdir”.//Medicina.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR