Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə Xəzər rayonu, Şimal DRES qəsəbəsindəki məişət tullantıları ilə bağlı ironik paylaşım etmişdi.
Sənətçi paylaşımında ərazidəki vəziyyəti istehzalı şəkildə təqdim edərək yazmışdı:
"Şimal DRES-də 12 sotluq bağ sahəsi var, sizə təklif edirəm. Hasarı da var, qiyməti də çox yaxşıdır. Zəng vurun, ucuz qiymətə verə bilərəm. Çox yox, bir balaca əl gəzdirmək lazımdır".
Bağırzadənin bu paylaşımı ictimai rezonans doğurub və müvafiq qurumlar dərhal hərəkətə keçiblər.
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən (MKTB) Musavat.com-a verilən məlumata görə, sözügedən ərazi artıq tullantılardan tam şəkildə təmizlənib.
Qurumdan bildirilib ki, tullantılar daşınıb və gələcəkdə bu kimi halların qarşısını almaq üçün nəzarət tədbirləri gücləndiriləcək.
Xalidə Gəray
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ