Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Dövlət Dumasında miqrantların Rusiyaya girişinə ömürlük qadağa qoyulmasıı haqqında qanun layihəsi deputatların müzakirəsinə çıxarılıb.
Musavat.com xarici mediaya istinadla zəbər verir ki, sənədi “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov hazırlayıb.
Qanun layihəsinə izahat qeydində qeyd olunur ki, təşəbbüs milli təhlükəsizliyin möhkəmləndirilməsinə və Rusiya Federasiyası vətəndaşlarının hüquqlarının müdafiəsinə yönəlib. Xüsusilə, həm Rusiya Federasiyasında, həm də xaricdə xüsusilə ağır cinayətlər törətməkdə təqsirli bilinən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyaya girişinə ömürlük qadağa qoyulması təklif edilir.
Təşəbbüskar izah edib ki, təklif olunan dəyişikliklər ölkədə xüsusilə ağır cinayətlərin təkrar törədilməsi riskini azaldacaq. Onun fikrincə, ölkəyə girişə daimi qadağanın tətbiqi Rusiya vətəndaşlarının təhlükəsizliyinə potensial təhlükə yaradan miqrantlar üçün etibarlı hüquqi maneə yaradacaq. Qadağa məhkumluğun götürülməsindən və ya götürülməməsindən asılı olmayaraq tətbiq ediləcək.
Musavat.com
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ