İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İsveçrəyə 39% rüsum tətbiq edib

Amerika Birləşmiş Ştatları İsveçrəyə Suriya, Myanma və Laosdan sonra ikinci ən böyük rüsumu (39 faiz) tətbiq edib. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ölkə daxilində prezident Karin Keller-Satter Donald Trampla uğursuz danışıqlara görə tənqid olunur.

Bildirilir ki, avqustun 1-də ABŞ Vaşinqtonla ticarət sazişi imzalaya bilməyən ölkələrə tariflər tətbiq edib və İsveçrə də bu sırada olub. Yalnız beynəlxalq sanksiyalar altında olan ölkələr daha yüksək tarifə malikdir.
“Financial Times”ın yazdığına görə, İsveçrə hakimiyyəti ABŞ nümayəndəsi Ceymison Qri ilə danışıqların yaxşı getdiyinə və 10%-lik razılaşma ilə nəticələnəcəyinə əmin idi. Prezident Karin Keller-Satter hətta Donald Trampla əlaqə qura bildiyini bildirimişdi.

Bununla belə, son telefon danışığında Tramp diqqətini yalnız bir şeyə yönəldib. O, 39 milyard dollarlıq ticarət kəsiri və “zəngin Alp ölkəsi”nin başqa nə təklif edə biləcəyi ilə maraqlanıbı. Tramp 10 faizlik tarifdən məmnun olmadığını açıq şəkildə bildirib. Keller-Satter etiraz edə bilməyib.

Mənbələrin sözlərinə görə, söhbət pis keçib. İsveçrə mediası artıq bunu "1515-ci ildən bəri ən böyük xarici siyasət uğursuzluğu" adlandırıb. Amerika tərəfinin fikrincə, danışıqlarda özünü həddən artıq aqressiv aparan əczaçılıq şirkətləri xüsusi tənqid olunub.

ABŞ nümayəndəsi qeyd edib ki, İsveçrə çoxlu dərman tədarük edir, lakin Vaşinqton istehsalın ABŞ-a köçürülməsini istəyir. İsveçrə hökuməti bunun onlar üçün ağrılı bir dərs olduğunu etiraf edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR