Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Böyük Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi yeni hesabatında İranı ölkənin milli təhlükəsizliyi üçün ən böyük təhdidlərdən biri kimi təqdim edib.
Sənədin əsasını gizli kəşfiyyat məlumatları təşkil edir.
Hesabatda qeyd olunur ki, İran Çin və Rusiya ilə yanaşı, Birləşmiş Krallığın milli təhlükəsinə çevrilmiş əsas oyunçulardan biridir. Komitə Londonda xüsusilə İranın kiber əməliyyatlarını, casusluq fəaliyyətlərini və potensial terror şəbəkələrinə dəstəyi milli təhlükəsizlik üçün böyük risk kimi qiymətləndirib.
Analitiklər bildirirlər ki, bu addım Böyük Britaniyanın Tehrana münasibətdə siyasətini daha sərtləşdirə, həm də gələcəkdə İranla bağlı yeni sanksiya və məhdudiyyət qərarlarına yol aça bilər.
Musavat.com
08 Iyul 2025
07 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ