Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.
Türk Hava Yolları Türkiyənin kurortlarından Rusiya şəhərlərinə, o cümlədən Moskvaya bütün uçuşları ləğv edib.
“RİA-Novosti” məlumat yayıb. Qadağa daha çox Antalya, Dalaman və Bodrumdan uçuşlara aiddir. Turoperatorlar vəziyyəti həll etməyə çalışırlar.
Bu qərar Rusiya hava limanlarında uçuşların gecikmələri və ləğvi ilə bağlıdır. Məlumata görə, Antalyadan Moskva və Sankt-Peterburqa ən azı 16 reys təxirə salınıb. Aşağı büdcəli hava yolu şirkəti “Pegasus” hələlik uçuşların ləğvi ilə bağlı açıqlama verməyib.
Məlum olduğu kimi, Ukrayna PUA-larının hücumları ilə əlaqədar Rusiyanın bir neçə hava limanı uçuşlara məhdudiyyətlər tətbiq edib. Bu, Şeremetyevo, Vnukovo, Domodedovo, Jukovski, həmçinin Soçi və Kazan hava limanlarına təsir edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu analitik Qədir Aslanla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ