İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilər qazsız qalacaq

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Oğuz xidmət sahəsinin ərazisində yerləşən Bucaq və Muxas kəndlərini qazla təmin edən d-159 mm diametrli qaz xəttində ölçü qovşağının quraşdırılması ilə bağlı işlər aparılacaq. Odur ki, işlər başa çatana qədər kəndlərdə ümumilikdə 630 abonentin qazı kəsiləcək.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR