Onlayn ictimai-siyasi qəzet
Bu gün milyonlarla insanın tanıdığı ulduzlar, keçmişdə tamamilə fərqli həyat yaşayıblar. Məşhurluq pillələrini qalxmazdan əvvəl aralarında ofisiant işləyən də olub, sexdə əmək sərf edən də.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər bir səhnə işığı, bir vaxtlar kölgədə qalmış bir həyatın izlərini daşıyır. Bu gün milyonların heyranlıqla izlədiyi bir çox məşhur, karyerasına olduqca adi peşələrlə başlayıb. Bəziləri bankda kassir işləyib, bəziləri mağazada müştərilərə məhsul təqdim edib. Aralarında ofisiantlıq edənlər, tikiş sexində tər tökənlər, səhnəyə çıxmazdan əvvəl uşaq baxanlar, təhlükəsizlikçi işləyənlər də olub.
İndi biz onları mahnıları, rolları və ekranlardakı uğurları ilə tanıyırıq, amma bir zamanlar onlar da həyata ən aşağıdan başlamışdılar. Budur, məşhurların təəccüblü, ilhamverici və maraq doğuran ilk peşələri:
Məşhurların əvvəlki peşələri:
Canan Ergüder - Ofisiant
Necati Şaşmaz - Turizmçi
Nur Fettahoğlu - Bank işçisi
Mabel Matiz - Stomatoloq
Kerem Bürsin - Təhlükəsizlikçi və idman məşqçisi
Hadisə - Mağaza satıcısı
Yıldız Tilbe - Satıcı və uşaq baxıcısı
Rafet El Roman - Müəzzin
Nejat İşler - Satıcı
Ebru Gündeş - Konfeksiyon işçisi
Serdar Ortaç - usta (dəmirçi)
Bu məşhurların keçmişi, bir çox insan üçün ilham mənbəyi ola bilər: ən sadə başlanğıclar belə, böyük uğurlara yol aça bilər.
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ