Onlayn ictimai-siyasi qəzet
İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz təyyarələr və partlayıcı maddələr daşıyan 3 yük maşını saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran polisinin sözçüsü Səid Montazer əl-Mehdiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi pilotsuz uçan aparatları daşıyan 3 avtomobili, habelə daşınmada şübhəli bilinən şəxsləri müəyyən edib saxlamaqla qabaqlayıcı tədbirlər görüb”.
Hadisə ilə bağlı İraq sərhəd orqanlarından hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ