Onlayn ictimai-siyasi qəzet
Braziliyada aparılan bir araşdırma real qidadan daha ucuz, kimyəvi cəhətdən təmizlənmiş inqrediyentlərdən ibarət “ultra emal olunmuş qidaları” yeməyin vaxtından əvvəl ölüm riskini artırdığını aşkar edib.
Musavat.com xəbər verir ki, Braziliyanın Sao Paulo Universitetinin rəhbərlik etdiyi genişmiqyaslı araşdırmaya görə, “ultra emal olunmuş qidaların” istehlakı 30-69 yaş arası insanlarda vaxtından əvvəl ölüm riskini artırır.
240.000-dən çox insan üzərində aparılan meta-analiz müəyyən edib ki, ultra emal olunmuş qidalardan gündəlik kalori qəbulunda hər 10 faiz üçün vaxtından əvvəl ölüm riski təxminən 3 faiz artıb. Tədqiqata rəhbərlik edən Carlos Augusto Monteiro ultra emal olunmuş qidaları təbii qidalardan daha ucuz, kimyəvi emal edilmiş inqrediyentlərdən hazırlanan məhsullar kimi təyin edir. Əvvəlki tədqiqatlar da oxşar risklərə işarə edir.
2024-cü ilin fevral ayında nəşr olunan bir araşdırma göstərir ki, çox işlənmiş qidaların istehlakı ürək xəstəliyi, narahatlıq, piylənmə, yuxu pozğunluğu və 2-ci tip diabet riskini 40 faizdən 55 faizə qədər artırır. 2024-cü ilin may ayında nəşr olunan başqa bir araşdırma 10 faiz artımın zehni geriləmə və insult riskini artıra biləcəyini ortaya qoyub. ABŞ-da ultra emal olunmuş qidalar böyüklərin pəhrizinin təxminən 55 faizini təşkil edir.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ