İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yollarda təmir gedir- Sürücülərin nəzərinə!

Hazırda aidiyyəti qurumlar tərəfindən paytaxtın bir neçə küçə və prospektində yolda təmir işləri aparılır və bununla əlaqədar bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Musavat.com xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan yollar aşağıdakılardır:

1. Xətai rayonu, Süleyman Vəzirov küçəsi ilə Babək prospektinin kəsişməsi, “City Park Mall” -un qarşısı;

2. Nərimanov rayonu, Akademik Həsən Əliyev və Aşıq Molla Cümə küçələrinin kəsişməsi, Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər olan hissə, hər iki istiqamətdə;

3. Nərimaov rayonu, Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin kəsişməsi, Əliyar Əliyev küçəsi istiqamətində təmir işləri ilə əlaqədar məhdudiyyət tətbiq edilib.

Təmir işləri aparılan küçə və prospektlər:

1. Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

2. Binəqədi rayonu, Binəqədi şosesi və Baksol yolunun kəsişməsi, Binəqədi qəsəbəsi istiqamətində;

3. Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi keçmiş “Şəki” restoranı dairəsi, “Nəriman Nərimanov” metro stansiyası istiqamətində;

5. Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski prospektinin kəsişməsi, hər iki istiqamətdə;

6. Binəqədi rayonu, Zəngəzur küçəsi ilə Binəqədi şosesinin kəsişməsində;

7. Yasamal rayonu, Dadaş Bünyadzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsində;

8. Binəqədi rayonu, Binəqədi şosesi ilə Zəngəzur küçəsinin kəsişməsində təmir işləri aparılır.

NİİM əməkdaşları bu səbəbdən yaranan nəqliyyat sıxlığının azaldılması və hərəkət intensivliyinin artırılması üçün yol polisi ilə birgə zəruri tədbirlər görür. Sürücülərə qeyd olunan küçə və prospektlərdə aparılan təmir işlərini əvvəlcədən nəzərə almaları və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri tövsiyə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

03 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR