İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistana istirahətə gedən qadın infeksiyadan öldü

Hindistana səfər edən Moskva sakini həyatını itirib.

63 yaşlı Tatyana adlı qadın həyat yoldaşı ilə birlikdə Uttar-Pradeş ştatında yerləşən qonaq evində qalırdı. Bir neçə gün öncə qadının səhhəti qəfildən pisləşib, o, nəfəs darlığından və güclü halsızlıqdan şikayətlənib.

O klinikaya yerləşdirilsə də, vəziyyəti ağırlaşıb və digər xəstəxanaya köçürülməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə Tatyana bağırsaq infeksiyasına yoluxub. Həkimlərin sözlərinə görə, o, son günlərdə yüksək hərarət və mədə-bağırsaq pozğunluğundan əziyyət çəkirmiş. Mütəxəssislər belə halların Hindistanda xüsusilə turistlər arasında geniş yayıldığını bildirirlər. Səbəb isə çox vaxt küçə yeməklərinin, çiy meyvə-tərəvəzin və qeyri-təmiz içməli suyun istifadəsi olur.

Qeyd edək ki, Hindistan tropik iqlimə malik ölkədir və burada bakteriyalar qidalarda sürətlə çoxalır. Bu səbəbdən həkimlər səfər edənlərə yalnız butulka su içməyi, yeməklərin yaxşı bişdiyinə əmin olmağı və küçə qidalarından uzaq durmağı tövsiyə edirlər.\\Milli.Az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR