İnsanlara hürriyət, millətlərə istiqlal!

Burak Fahriyenin 39 yaşını belə təbrik etdi - FOTO

“Kuruluş Osman”da canlandırdığı rolu ilə adından söz etdirən məşhur aktyor Burak Özçivit bu dəfə sosial media paylaşımı ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, aktyor həyat yoldaşı, tanınmış aktrisa Fahriye Evcenin 39 yaşını romantik bir mesajla təbrik edib.

Burak Fahriyenin fotosunu paylaşaraq qeyd edib: “Eşqim, həyat yoldaşım, yolum... Neçə illərə”.

FAHRİ.jpg (76 KB)

Fahriye isə həyat yoldaşının bu diqqətinə cavab olaraq bildirib: “Ürəyim... yaxşı ki”.

2013-cü ildə “Çalıkuşu” serialının çəkilişləri zamanı tanış olan cütlük 2017-ci ildə ailə həyatı qurub. Onların iki övladı var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR