İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Azərbaycanda 18 nəfər həlak olub

İsrailin hava hücumları nəticəsində İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində 18 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb.

Agentliyin məlumatına görə, daha 35 nəfər xəsarət alıb. Agentlik ölənlərin mülki əhali, yoxsa hərbçi olduğuna aydınlıq gətirməyib. Qeyd olunur ki, İsrail qüvvələri əyalətdəki bir neçə hədəfə, o cümlədən Təbriz şəhəri yaxınlığında ən azı 7 hədəfə hücum edib.

Əyalətdə vəziyyətin stabil olduğu, infrastruktur obyektlərinin normal fəaliyyət göstərdiyi, “əhaliyə xidmətin fasiləsiz olaraq davam etdiyi” vurğulanır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR