İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreya yeni prezidentini seçir

Bu gün (iyunun 3-də) Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əsas mübarizə iki namizəd arasında gedir. Demokratlar Partiyasının nümayəndəsi və onun keçmiş lideri Li Çja-myon və daha əvvəl devrilmiş prezidentin rəhbərlik etdiyi mühafizəkar “Vətəndaş gücü” partiyasının namizədi Kim Mun Su seçkidə yarışırlar.

Li aşkar favorit hesab olunur. Seçkiqabağı sorğuların nəticələrinə görə, onun reytinqi rəqibini 10-14 faiz üstələyir, vətəndaşlar arasında dəstək səviyyəsi isə 50%-ə çatır.

Seçkilər bir turda keçirilir: sadə səs çoxluğunu toplayan namizəd dərhal prezident olur və ölkənin icra hakimiyyətinə başçılıq edir.

İki əsas iddiaçıdan başqa, yarışda daha üç namizəd var, lakin sorğular göstərir ki, onların finala çıxmaq şansları sıfıra yaxındır.

Li Çja-myonq artıq 2022-ci ildə prezidentliyə namizədliyini irəli sürüb, Yun Sok-yola bir faizdən az fərqlə uduzub.

Yun Sok-yolun ötən il dekabrın 3-də hərbi vəziyyət tətbiq etmək və parlamentə nəzarəti orduya vermək cəhdi dərin siyasi böhrana səbəb olub. Dekabrın 14-də müxalifətin çoxluq təşkil etdiyi parlament onun impiçmentinə səs verib. Yanvarın 15-də keçmiş prezident həbs edilib, aprelin 4-də isə Konstitusiya Məhkəməsi nəhayət, növbədənkənar seçkilərin təyin edilməsi üçün əsas olan vəzifədən kənarlaşdırılmasının qanuniliyini təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR