İnsanlara hürriyət, millətlərə istiqlal!

Çevriliş planı İFŞA OLUNDU - Paşinyan onları mükafatlandıracaq

Ermənistanın dövlətçiliyinə, eləcə də ölkənin təhlükəsizliyi və sabitliyinə qarşı yönəlmiş cinayət hüquq-mühafizə orqanları tərəfindən ifşa edilib və bu orqanların əməkdaşları dövlət mükafatlarına təqdim olunmalıdır. 

Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı deyib.

"Dövlətçiliyimizə, Ermənistanın təhlükəsizliyinə və sabitliyinə qarşı cinayətin üstü açılıb. Təbii ki, bu planın həyata keçirilməsinin qarşısı alınıb. Mən hüquq-mühafizə orqanlarımızın bütün nümayəndələrinə təşəkkür etmək istəyirəm", - Paşinyan qeyd edib.

O, həmçinin Ermənistan prezidenti Vaaqn Xaçaturyanla bu planın açılmasında fəal iştirak edən hüquq-mühafizə orqanlarının bütün əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi məsələsini müzakirə etdiyini bildirib.

Erməni KİV-ləri yazır ki, məhkəmə hakimiyyəti ələ keçirməyə cəhdlə bağlı iş adamı Tiqran Qalstyan və Hrayr Akopyanı iki ay müddətinə həbs edib. Onlar müxalif “Müqəddəs mübarizə” hərəkatının tərəfdarlarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR