Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynə rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin "Əl-Madar" mərkəzində olub.
Bu barədə nazirlik "X" sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, nazirə mərkəzin fəaliyyəti, regional və qlobal hadisələrin monitorinqində rolu, nazirliklər və diplomatik nümayəndəliklər arasında əlaqələndirmə işləri barədə məlumat verilib.
Ceyhun Bayramov həmçinin Bəhreyn Milli Muzeyini də ziyarət edib və bu ölkənin irsini əks etdirən geniş çeşiddə tarixi əsərlərlə tanış olub.
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ