İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov İstanbula GETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Musavat.com-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında, habelə dəyirmi masalarda və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Nazirin həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Oktyabr 2025

20 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR