İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb...

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.

Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan olan 24 yaşlı Ceyhun bir neçə ay əvvəl ailə həyatı qurubmuş. O, Bostondakı şirkətdə satış meneceri vəzifəsində çalışırmış.

Mərhumun əmisi “Bakupost”a bildirib ki, C.Sadibəyli həyat yoldaşı ilə Mayamiyə istirahətə gedib və xanımının suda boğulduğunu görərək onu xilas etməyə çalışıb. Bu zaman qadın xilas olsa da, Ceyhun suda boğularaq ölüb.

Onun cənazəsinin ölkəyə gətirilməsi istiqamətində iş aparılır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

21 May 2025

BÜTÜN XƏBƏRLƏR