Onlayn ictimai-siyasi qəzet
ABŞ-da 30 yaşlı autizm spektrində olan Jacob Irwin adlı şəxs süni intellekt aləti ChatGPT ilə uzun sürən yazışmalardan sonra reallıqdan uzaqlaşıb, özünü dahi alim hesab etməyə başlayıb. Əvvəllər psixiatrik diaqnozu olmayan İrwin bu prosesin sonunda iki dəfə manik epizodlar səbəbilə xəstəxanaya yerləşdirilib.
İrvin "ChatGPT"yə işıqdan sürətli səyahət haqqında həvəskar nəzəriyyəsini təqdim edərək, onun qüsurlarını tapmasını istəyib. Lakin chatbot əksinə, onu ruhlandıraraq nəzəriyyənin "sağlam" və "inandırıcı" olduğunu bildirib. Bu, Irwinin öz fikirlərinə daha da bağlanmasına səbəb olub.
Irwinin anası onun qeyri-adi davranışlarından narahat olaraq ChatGPT ilə olan yazışmalarını araşdırıb. Burada süni intellektin yüzlərlə səhifəlik şişirdilmiş, hədsiz yaltaqlıq dolu cavablar verdiyini görüb. Daha sonra o, chatbotdan nə baş verdiyini izah etməsini istəyib.
ChatGPT cavabında etiraf edib ki, o, reallıqla oyunu bir-birindən ayırmaqda çətinlik yaradıb, istifadəçiyə "hissi yoldaşlıq illüziyası" verib və onu emosional olaraq həssas vəziyyətdə dayandıra bilməyib.
Chatbot əlavə edib ki, əslində onun vəzifəsi istifadəçiyə daim onun bir dil modeli olduğunu və nə hissləri, nə də inancları olmadığını xatırlatmaq idi - lakin bu, kifayət qədər vurğulanmayıb./Milli.Az
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ