Onlayn ictimai-siyasi qəzet
Çin ordusunun bir qrup hərbçisi Ukraynadakı müharibə zonasına göndərilib.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-ın "The Hill" nəşri məlumat yayıb.
Nəşr yazır ki, məqsəd döyüş taktikasını öyrənmək, müasir hərbi əməliyyatların gedişatını yerində izləmək və Tayvana mümkün hücum üçün ordunu praktiki təcrübə ilə təmin etməkdir.
Məlumata görə, Çin hərbçiləri Rusiya cəbhəsində yalnız müşahidəçi kimi çıxış etmirlər. Onların həmçinin rus tərəfinə tövsiyələr verdikləri, döyüş planlarının təkmilləşdirilməsində iştirak etdikləri ehtimal olunur.
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ