İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Rusiya neftinin alışını 13 faizə yaxın azaldıb


Bu ilin yanvar-may aylarında Çin Rusiyadan neft tədarükünü illik müqayisədə 12,7 faiz azaldıb.

Musavat.com xəbər verir ki, məlumat Çin Baş Gömrük İdarəsinin dərc etdiyi aylıq hesabatda yer alıb.
Hesabata əsasən beş ayda Çin Rusiyadan 40,763 milyon ton neft alıb.

Azalmaya baxmayaraq, Rusiya Çinə neft tədarükçüləri arasında hələ də birinci yerdədir. Bu xammalın Çinə ikinci və üçüncü ən böyük ixracatçıları müvafiq olaraq Səudiyyə Ərəbistanı və İraqdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR