Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı davam edən korrupsiya istintaqı çərçivəsində 4-cü dalğa əməliyyatı həyata keçirilib.
Musavat.com xəbər verir ki, əməliyyat nəticəsində aralarında KİPTAŞ direktoru Ali Kurtun da olduğu 25 nəfər həbs edilib.
Həbs edilənlər arasında Altan Gözcü, Bülent Yılmaz, Murat Erenler, Nezahat Kurt, Ogün Soytekin və Serpil Altıntaş da var.
Məhkəmə qərarları açıqlanmazdan əvvəl İstanbul Ədliyyəsinə gələn İBB Bələdiyyə sədrinin müavini Nuri Aslan ədliyyə binasına daxil olmaq istəyib. Mühafizəçilərin içəri buraxmadığı Aslanla məmurlar arasında qısa mübahisə yaranıb.
"Mənim dəli damarıma basmayın, hər yeri yandıracağam" - Aslan deyib.
Ona keçməyə icazə verildikdən sonra gərginlik sona çatıb.
Qeyd edək ki, Əkrəm İmamoğlunun vəzifəsindən uzaqlaşdırılmasından sonra Nuri Aslan İstanbul Böyükşəhər Bələdiyyəsinin müvəqqəti icraçısı təyin edilib.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ