Onlayn ictimai-siyasi qəzet
İstanbulda ər arvadının dəhşətli planı ilə öldürülüb.
Musavat.com xəbər verir ki, Bahçelievler səmtində 54 yaşlı Hüseyn Veznedar küçədə silahlı hücuma məruz qalaraq həyatını itirib.
Hadisə ilə bağlı aparılan araşdırmada onun həyat yoldaşı Z.V.-nin sevgilisi Ufuk A. ilə birlikdə cinayəti planlaşdırdığı üzə çıxıb.
Polis Z.V.-nin ziddiyyətli ifadələrindən sonra onu yenidən dindirib və qadın cinayəti etiraf edib. Bildirilib ki, Z.V. sevgilisi Ufuk A.-ya ərinin onu təhdid etdiyini deyib və onu öldürməyə razı salıb. Cinayətdən sonra Bursaya qaçan şübhəli Ufuk A. saxlanılıb və törətdiyi cinayəti etiraf edib.
Hər iki şəxs məhkəmə tərəfindən həbs olunub.
Musavat.com
14 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ