Onlayn ictimai-siyasi qəzet
Dəkkədə Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rəhman brifinq zamanı jurnalistlərə məlumat verib.
“Həlak olanlar arasında 25 uşaq var, onların bir çoxunun yaşı 12-dən aşağıdır. Eyni zamanda, pilot və bir müəllimə də həyatını itirib,” – deyə Rəhman bildirib.
Bəzi meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT testlərinin aparılmasına ehtiyac var. Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 170-dən çox şəxs xəstəxanalara yerləşdirilib.
“Tibbi yardım göstərmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Lakin bəzi yaralıların vəziyyəti kritik olaraq qalır,” – deyə o vurğulayıb.
Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ