İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli ZƏLZƏLƏ 3 mindən çox insanın həyatına son qoydu - ŞOK RƏQƏMLƏR

Myanmada martın 28-də baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 3 085 nəfərə yüksəlib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı 4 714 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 341 nəfərin isə hələ də itkin olduğu bildirilir.

Zəlzələ nəticəsində yüzlərlə yaşayış binası, infrastruktur obyektləri və yollar dağılıb. Xilasedicilər və humanitar təşkilatlar axtarış-xilasetmə işlərini davam etdirirlər. Rəsmilər bildirirlər ki, zərərçəkmişlərə yardım üçün beynəlxalq dəstək tələb olunur.

Ölkə rəhbərliyi Myanmada bir həftəlik milli matəm elan edib. Bu müddət ərzində dövlət bayraqları aprelin 6-dək yarıya qədər endirilib. Faciənin təsirlərini azaltmaq üçün yardım fondları yaradılıb, vətəndaşlar və təşkilatlar dəstək kampaniyalarına qoşulmağa çağırılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR