Onlayn ictimai-siyasi qəzet
İnfluenser Həmidə Səlimova (Hemistyle) həmkarı Leyla Hüseynovanın (Leila Land) “Özünü oliqarx kimi göstərir” sözlərinə cavab verib.
Musavat.com-un xəbərinə görə, Həmidə Leylaya instaqramda cavab verib:
“Başım səyahətə qarışmışdı, amma düşündüm ki, bu dəfə bu qeyri-etik atmacaya cavab verim. Çünki bəzən səssiz qalmaq qarşı tərəfin özünü haqlı saymasına səbəb olur. Əziz Leyla, sənin nə haqqın var ki, kiminsə gəlirini hesablayırsan?! Amma etiraf edim, bu cür cəsarətsiz və qeyri-etik addım da elə sənə yaraşar. İkincisi, həyat tərzimi “oliqarx həyatı” kimi təqdim etməyin sadəcə gülüncdür. Mən heç vaxt belə bir təbliğat aparmamışam. Səhifəmdə paylaşdıqlarım zövqümün göstəricisidir, sənə başqa cür görünürsə, bu, artıq sənin daxili boşluqlarından irəli gəlir.
Üçüncüsü və ən əsası, illərdir gündəmini qorumaq üçün ürək bulandıran, ucuz mövzulara əl atmaqdan başqa yolun qalmayıb. Bu dəfə də mənim üzərimdən gündəmə gəldin, eybi yox, halal xoşun”.
Qeyd edək ki, Leyla qonaq olduğu “Aikin talks” proqramında həmkarının özünü varlı göstərdiyini iddia edib:
“Allah eləsin gerçək olsun. Nə qazanıb, qazanmadığını bilmirəm, amma Həmidənin səhifəsinə baxanda elə bilərəm ki, dünyanın ən oliqarx insanıdır, çünki zövqü gözəldir, əcəb edirsən. Amma o qədər də varlı deyil”.
Könül
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ