İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Çen In QƏRAR VERDİ - Minlərlə əsgər GÖNDƏRİR

Ukraynaya qarşı müharibədə Şimali Koreya ordusunun təxminən 2 min əsgəri həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb.

Kəşfiyyat orqanlarının məlumatına görə, Pxenyan cəbhəyə əlavə qüvvələr göndərməyi planlaşdırır və 6 minə yaxın əsgərdən ibarət üçüncü partiyanı hazırlayır.

Qeyd edək ki, ötən ilin oktyabrından bəri Şimali Koreya Ukraynaya qarşı hərbi əməliyyatlarda Rusiyaya dəstək məqsədilə 13 minə yaxın əsgər və silah göndərib.

2022-ci ildən bəri KXDR Ukrayna şəhərlərinə hücum üçün milyonlarla artilleriya mərmisi, on minlərlə döyüş sursatı, çoxsaylı buraxılış raket sistemləri, o cümlədən "KN-23" və "Hwasong-11" ballistik raketləri tədarük edib.

2024-cü ilin iyununda Pxenyan və Moskva təcavüz halında qarşılıqlı yardımı nəzərdə tutan hərbi ittifaqa daxil olublar. Bundan əvvəl KXDR qondarma Donbass “respublikalarını” tanıyıb və o vaxtdan Ukraynaya qarşı müharibədə Rusiyanın ən fəal dəstəkçilərindən birinə çevrilib.

Kəşfiyyatın məlumatına görə, Şimali Koreya qoşunları xüsusilə Kursk bölgəsində döyüşlərdə iştirak edir və xeyli itki verirlər. Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukraynaya qarşı müharibəsində həlak olan hərbçilərin ailələrinə “gözəl həyat” vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR