Onlayn ictimai-siyasi qəzet
Azərbaycan ali təhsil sistemində hər il təkrar olunan ən ciddi problemlərdən biri – qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra minlərlə boş yerin qalmasıdır.
Bu il də fərq etmədi. Dövlət İmtahan Mərkəzinin açıqladığı rəqəmlərə görə, 115 mindən çox abituriyentdən cəmi 57 min nəfər qəbul olub və nəticədə 3 mindən artıq plan yeri boş qalıb. Bu, həm dövlətin ayırdığı maliyyə resurslarının səmərəli istifadəsinə mane olur, həm də əmək bazarı ilə təhsil sistemi arasında balanssızlığı daha da dərinləşdirir.
Maraqlıdır, niyə hər il eyni vəziyyət təkrarlanır? Boş qalan yerlərin ikinci seçim mərhələsində doldurulması problemin köklü həllidirmi? Niyə təhsil siyasəti əmək bazarının tələblərinə uyğun planlaşdırılırmır?
Bu və digər suallarımıza "TV Müsavat"ın efirində təhsil üzrə mütəxəssis Kamran Əsədov cavab verib.
Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ