İnsanlara hürriyət, millətlərə istiqlal!

Druz şeyxlərindən müqavimət qruplarına: Silahı yerə qoyun

Suriya Daxili Təhlükəsizlik Qüvvələri Əs-Suveyda şəhərində sabitliyi bərpa edə bilib, lakin qeyri-qanuni qruplaşmalar atəşkəs və təslim müqavilələrini pozub.

Musavat.com xəbər verir ki, məlumat Ərəb Respublikasının Daxili İşlər Nazirliyinin bəyanatda əksini tapıb.

SANA agentliyinin yaydığı sənəddə bildirilir: “Qeyri-qanuni qruplar Əs-Suveydada vəziyyətin normallaşdırılmasına dair razılaşmaların icrasını pozaraq, yaradılmış nəzarət-buraxılış məntəqələrinə və polis əməkdaşlarına hücumları bərpa ediblər. Hökumətin mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün intensiv səyləri fonunda şəhərin bəzi ərazilərində toqquşmalar bu günə qədər davam edir”.

Bəyanatda İsrailin Əs-Suveydadakı hadisələrə müdaxiləsi pislənir. Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri druzların dağ özünümüdafiə qüvvələrinə dəstək məqsədilə hava zərbələri endirib.

Bundan əvvəl Əs-Suveydada komendant saatı tətbiq edilib, Daxili İşlər Nazirliyinin və keçid hökumətinin Müdafiə Nazirliyinin qoşunları şəhərin mərkəzi hissəsini təmizləmək üçün əməliyyat keçirərək özünümüdafiə dəstələrini oradan çıxarıblar. Druz icmasının şeyxləri hökumət qüvvələrinin Əs-Suveydaya daxil olmasını alqışlayıb, yerli döyüşçüləri “müqaviməti dayandırmağa və silahları hakimiyyətə təhvil verməyə” çağırıblar.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR