İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubaydan Bakıya 10 qızıl külçə gətirdi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi gömrük nəzarət tədbirləri nəticəsində qızıl külçələrin qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Bu barədə Musavat.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Belə ki, Dubay-Bakı aviareysi ilə gələn ölkə vətəndaşı şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən gömrük nəzarətindən gizlədilən ümumi çəkisi 712 qram olan 10 ədəd “Pamp” markalı qızıl külçə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR