Onlayn ictimai-siyasi qəzet
Bu ilin yanvar-iyul aylarında qlobal sığortaçılar təbii fəlakətlərdən dəyən zərərə görə 84 milyard dollar sığorta ödənişi həyata keçiriblər.
Musavat.com nüfuzlu təkrarsığorta brokeri Gallagher Re-nin hesabatına istinadən xəbər verir ki, bu, 2011-ci ildən bəri ilin birinci yarısı üçün ən yüksək göstəricidir.
Bu, həm də son on ilin orta göstəricisi olan 54 milyard dollardan yarım dəfə yüksəkdir.
ABŞ-da dağıdıcı küləklər, ildırım çaxması və dolu ilə müşayiət olunan ən güclü tufanlar da daxil olmaqla sığortaçılara 32 milyard dollara başa gəlib. On bir fırtınanın hər biri 1 milyard dollardan çox, üçü isə hər biri 2 milyard dollardan çox itkiyə səbəb olub.
Cənubi Kaliforniyada yanvar yanğınları daha 40 milyard dollar zərər gətirdi – bu, tarixdə meşə yanğınları üçün maksimumdur.
Beləliklə, yanvar-iyun aylarında qlobal itkilərin təxminən 87 faizi ABŞ-ın payına düşüb.
Gallagher Re 2025-ci ilin sonuna qədər dünyada sığorta şirkətlərinin itkilərinin 100 milyard dollar həddini keçəcəyini proqnozlaşdırır.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ