İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycan ordusunun sıra sayı...

Dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu “Global Firepower” təşkilatı 2025-ci il üçün hərbi güc sıralamasını açıqlayıb.

Musavat.com xəbər verir ki, siyahıda 145 ölkənin ordusu 60-dan çox göstərici – hərbi texnika, insan resursları, maliyyə imkanları və coğrafi üstünlüklər əsasında qiymətləndirilib.

ABŞ, Rusiya və Çin ilk üçlükdədir, Türkiyə isə 9-cu yerdə qərarlaşaraq regionda güclü hərbi mövqeyini qoruyub.

Azərbaycan Ordusu bu ilki reytinqdə 60-cı yerə yüksəlib. Ölkənin hərbi güc göstəricisi olan PowerIndex (PwrIndx) əmsalı 1.2531 olaraq qeyd edilib. Bu göstərici nə qədər aşağıdırsa, ölkənin hərbi gücü bir o qədər yüksək sayılır.

Bu nəticə Azərbaycan Silahlı Qüvvələrinin regiondakı güc balansında önəmli aktora çevrildiyini və son illərdə həyata keçirilən hərbi islahatların öz bəhrəsini verdiyini göstərir.

Reytinqin əsas meyarları bunlardır:

• Aktiv və ehtiyat hərbi personalın sayı
• Tank, döyüş təyyarəsi və gəmilərin sayı
• Müdafiə büdcəsi və sənaye imkanları
• Logistika və coğrafi mövqe

Qeyd edək ki, reytinqdə nüvə silahları nəzərə alınmır – yalnız konvensional hərbi güc dəyərləndirilir.


İlk 10-luqdakı ordular isə bunlardır:

1. ABŞ – 0.0744
2. Rusiya – 0.0788
3. Çin – 0.0788
4. Hindistan – 0.1184
5. Cənubi Koreya – 0.1656
6. Birləşmiş Krallıq – 0.1785
7. Fransa – 0.1878
8. Yaponiya – 0.1839
9. Türkiyə – 0.1902
10. İtaliya – 0.2164

Daha ətraflı məlumat üçün bax: https://www.globalfirepower.com/countries-listing.php

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 May 2025

BÜTÜN XƏBƏRLƏR