Onlayn ictimai-siyasi qəzet
"Forbes" jurnalı dünyanın ən zəngin qadınlarının siyahısını açıqlayıb.
Musavat.com xəbər verir ki, birinci yeri inşaat şirkəti "ABC Supply"in sahibi və iş qadını Diyana Hendriks tutub.
Hendriksin sərvəti 22,3 milyard dollar dəyərində qiymətləndirilir. O, illik siyahıda birinci yeri bir neçə ildir saxlayır və Amerika biznes tarixində ən uğurlu qadın hesab olunur.
Siyahıda ikinci yerdə səhiyyə proqram təminatı üzrə ixtisaslaşan "Epic Systems" şirkətinin təsisçisi və baş direktoru Cudi Folkner yer alıb. Onun sərvəti 7,8 milyard dollardır.
İyirmilikdə məşhur teleaparıcı Opra Uinfri (3,1 milyard dollar) da var. Siyahıda 21-ci sırada isə müğənni Teylor Svift (1,6 milyard dollar) dayanır.
Reytinqdə həmçinin Rianna, Madonna, Beyons, Selena Qomez, Kayli Cenner, Selin Dion və Keti Perri kimi ulduzlar yer alıb. Siyahını məşhur tennisçi Serena Uilyams 350 milyon dollarlıq sərvəti ilə tamamlayır.
İqbal RZAYEV,
Musavat.com
08 Iyun 2025
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ