Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna ilə mümkün sülh razılaşmasının əsasını təşkil edəcək anlaşma memorandumu hazırladıqlarını açıqlayıb.
Musavat.com xəbər verir ki, Moskvada mətbuat konfransında danışan Zaxarovanın sözlərinə görə, sənəd münaqişənin həlli yolları ilə bağlı əsas prinsipləri və sülh prosesinin mümkün qrafikini özündə əks etdirəcək.
O, həmçinin müvəqqəti atəşkəs kimi mövzuların üzərində işləndiyini bildirib.
Zaxarova sənədin Ukrayna tərəfinə göndəriləcəyini də açıqlayıb. "Moskva gələcək sülh sazişi ilə bağlı anlaşma memorandumu hazırlayır. Sənəd tənzimləmə prinsiplərini, sazişin imzalanmasının mümkün müddətini və razılıq əldə olunarsa, müəyyən müddətə atəşkəsin mümkünlüyünü özündə əks etdirəcək".
O bildirib ki, Rusiya bu prosesi qətiyyətlə davam etdirir, lakin sənədin nə vaxt tamamlanacağı bəlli deyil. Zaxarova qeyd edib ki, xarici işlər naziri Sergey Lavrov memorandumun hazırlanması prosesini, demək olar ki, hər gün qiymətləndirir.
"Sənəd hazır olan kimi Kiyevə çatdırılacaq. Biz Ukrayna tərəfinin paralel iş aparacağını və eyni zamanda bizə təkliflərini təqdim edəcəyini gözləyirik", - o bildirib.
Musavat.com
07 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ