İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhaliyə XƏBƏRDARLIQ - Dəhşətli maqnit qasırğaları olacaq

Yaxın günlərdə Günəş aktivliyinin artması fonunda Yer kürəsində geomaqnit sahəsində ciddi dalğalanmalar müşahidə olunacaq. Alimlərin proqnozlarına əsasən, iyulun 21-dən 25-dək bir neçə mərhələli maqnit qasırğası yaşanacaq.

Musavat.com xəbər verir ki, meteohəssas insanlar üçün bu dövr xüsusilə diqqət tələb edir, çünki geomaqnit dəyişikliklər qan təzyiqi, ürək-damar sistemi və ümumi əhval-ruhiyyədə dəyişikliklərə səbəb ola bilər.

Maqnit qasırğası proqnozu:

21 iyul – zəif və orta səviyyəli dalğalanmalar müşahidə ediləcək (Kp 4-5).

22 iyul – vəziyyət kəskinləşəcək, qırmızı səviyyədə maqnit qasırğası gözlənilir (Kp 5). Bu, meteohəssas insanlar üçün narahatedici ola bilər.

23 iyul – aktivliyin zirvəyə çatacağı tarixdir. Orta güclü G2 səviyyəli fırtına qeydə alınacağı proqnozlaşdırılır (Kp 6).

24 iyul – geomaqnit təsirlərin nisbətən zəifləməsi gözlənilir (Kp 4).

25 iyul – vəziyyət yenidən pisləşə bilər. Qırmızı səviyyəyə qayıdılacağı ehtimal olunur (Kp 5).

Ən güclü maqnit təsirinin 22-si axşamdan 23-nə keçən gecəyə təsadüf edəcəyi bildirilir. Mütəxəssislər bu günlərdə sağlamlıq göstəricilərinə diqqət etməyi, istirahəti artırmağı və ağır fiziki yükdən çəkinməyi tövsiyə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR