Onlayn ictimai-siyasi qəzet
Laçın rayonunun Pircahan kəndindən olan Yusif Nəcəfov və həyat yoldaşı Bahar Nəcəfova Bakıdan Laçına piyada gediblər.
Cütlük Laçın erməni işğalından azad olunarsa, doğma yurdlarına piyada getməyi əhd edibmiş.
Məlumata görə, Y.Nəcəfov Əfqanıstan və Birinci Qarabağ müharibələrinin veteranıdır. 2010-cu ildə ailəsi ilə birlikdə Avropaya köçüb. Ailəlidir, iki övladı var.
Y.Nəcəfov və B.Nəcəfova əhdini yerinə yetirmək üçün Avropadan Azərbaycana qayıdıblar. Onlar təxminən 418 kilometr məsafəni piyada qət edərək Laçına çatmağı bacarıblar.
Cütlüyün Laçına piyada yürüşü ilə bağlı videonu təqdim edirik:\Teleqraf.com
15 Iyul 2025
14 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ