İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd əl-Şaraa ilə Trampın görüşünə Ərdoğan da qatıldı - Yeni dialoq başlayır

ABŞ Prezidenti Donald Tramp və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa (bəzən Culani kimi tanınır) arasında mühüm görüş baş tutub.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.

Məlumata əsasən, görüş hər iki liderin səfər çərçivəsində olduğu Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib.

Sözügedən görüşün detalları ictimaiyyətə açıqlanmasa da, müzakirə edilən əsas məsələlərin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti, Suriyada keçid dövrü və beynəlxalq əməkdaşlıqla bağlı olduğu güman edilir. Əl-Şaraa uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir fiqur olaraq qalsa da, bu görüş onun legitimlik qazanmaq istiqamətindəki mümkün addımı kimi dəyərləndirilir.

Digər tərəfdən, “Anadolu” agentliyi bildirir ki, daha geniş formatda onlayn görüş də keçirilib. Bu virtual sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin SalmanSuriya keçid dövrü Prezidenti Əhməd əl-Şaraa iştirak ediblər.

Onlayn formatda keçirilən bu yüksək səviyyəli danışıqlarda regional təhlükəsizlik, enerji təhlükəsizliyi, humanitar yardım və Suriyanın gələcək idarəetmə modeli kimi mövzuların əsas müzakirə predmeti olduğu bildirilir. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 May 2025

BÜTÜN XƏBƏRLƏR