İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçən il NATO müttəfiqləri ABŞ-dan 21 milyard dollarlıq silah alıb

Vaşinqtonun Şimali Atlantika Alyansındakı müttəfiqləri 2024-cü ildə ABŞ-dan təxminən 21 milyard dollar dəyərində müxtəlif silahlar alıb.

Musavat.com xəbər verir ki, məlumat ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitakerin yazılı bəyanatında əksini tapıb.

Uitaker alyansın Haaqa sammitinin nəticələrini və üzv ölkələrin müdafiə xərclərini artırmaq qərarını şərh edərkən bildirib: “Avropa öz müdafiəsinə sərmayə qoyarkən, o, həm də ABŞ-da iş yerlərinin yaradılmasını birbaşa dəstəkləyir, istehsal bazamızı və NATO-nun kollektiv müdafiəsini gücləndirir”.

O, ABŞ-ın müttəfiqlərinin “öz öhdəliklərini hərəkətlərlə dəstəkləyəcəklərinə” ümid etdiyini qeyd edib: "Təkcə 2024-cü ildə NATO müttəfiqləri ABŞ-dan 21 milyard dollar dəyərində hərbi texnika alıb, bu ölkədə istehsalı dəstəkləyib və iş yerləri yaradıb".

Uitaker hesab edir ki, ABŞ silah istehsalı sahəsində innovasiyalar baxımından müttəfiqlərini qabaqlayır. Onun fikrincə, bu baxımdan, alyans “etibarlı çəkindirməni təmin etmək üçün” müdafiə sektorunda, o cümlədən süni intellektlə bağlı “Amerika texnologiyalarına arxalanmalıdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR