Onlayn ictimai-siyasi qəzet
Ötən gecə Rusiyanın kütləvi hava hücumunu dəf edərkən 1-ci dərəcəli pilot, polkovnik-leytenant Maksim Ustimenko F-16 qırıcısı ilə qəzaya uğrayıb.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Hərbi Hava Qüvvələri yayıb: "Təəssüf ki, indi daha bir ağrılı itki ilə üzləşdik. Dünən gecə düşmənin kütləvi hava hücumunu dəf edərkən F-16-da 1993-cü il təvəllüdlü 1-ci dərəcəli pilot, polkovnik-leytenant Maksim Ustimenko həlak olub".
Hərbi Hava Qüvvələri pilotun bütün bort silahlarından istifadə etdiyini, yeddi hava hədəfini vurduğunu bildirir: "Sonuncu hədəfi məhv edən zaman onun təyyarəsi zədələndi və hündürlüyünü itirməyə başladı. Maksim Ustimenko mümkün olan hər şeyi etdi, təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırdı, lakin katapult etməyə vaxt tapmadı... O, qəhrəman kimi öldü!".
Qeyd edək ki, ötən gecə Rusiya Ukrayna ərazisində son vaxtların ən genişmiqyaslı hücumunu təşkil edib. Yüzlərlər dron və raketlərlə Lvov da daxil olmaqla, çoxsaylı şəhərlərə hücum olunub.
Musavat.com
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ