Onlayn ictimai-siyasi qəzet
Bu gün Nyu-Yorkda Suriyanın keçid dövrünün prezidenti Əhməd Əş-Şaraa ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.
Musavat.com xəbər verir ki, Dövlət Departamentinin yaydığı məlumatda, görüşdə terrorla mübarizə və İsraillə əlaqələrin müzakirə olunduğu qeyd edilib: “Onlar davam edən antiterror səyləri, itkin düşmüş amerikalıların axtarışı və İsrail və Suriya arasında əlaqələrin regional təhlükəsizliyin möhkəmləndirilməsi üçün əhəmiyyətini müzakirə ediblər”.
Qeyd edək ki, sentyabrın 17-də ABŞ-ın himayəsi altında Londonda Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və İsrailin strateji planlaşdırma naziri Ron Dermer arasında danışıqlar aparılıb. Tərəflər Colan təpələrində İsrail və Suriya qüvvələri arasında 1974-cü ildə imzalanmış döyüşdən çıxma müqaviləsini əvəz edəcək yeni təhlükəsizlik sazişi layihəsini müzakirə ediblər.
Əl-Şaraanın daha əvvəl dediyinə görə, sülhün yaradılması və İsraillə münasibətlərin normallaşdırılması məsələsi “hazırda gündəmdə deyil”. Bununla belə, onun sözlərinə görə, əgər iki qonşu ölkə təhlükəsizlik tədbirləri ilə bağlı razılığa gələ bilsələr, o zaman bəlkə də “gələcəkdə başqa razılaşmalara da gələcəklər”.
Musavat.com
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ