İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə dayandıqdan 1 il sonra Fələstində seçkilər keçiriləcək - Abbas

Fələstin prezidenti Mahmud Abbas ölkədə prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib. Musavat.com xəbər verir ki, o, bu barədə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yaxın Şərq sülh prosesi ilə bağlı yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı açıqlama verib.

Abbas bildirib ki, seçkilər Qəzza zolağında tam atəşkəsdən sonra bir il ərzində keçiriləcək: “Biz müharibənin bitməsindən sonra bir il ərzində prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğumuzu vurğulayırıq”.

Fələstin prezidenti həmçinin üç ay ərzində "hakimiyyətin ötürülməsini təmin etmək üçün müvəqqəti konstitusiya layihəsinin hazırlanacağını" açıqlayıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR