Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp qazaxıstanlı Kasım-Jomart Tokayevi 4 milyard dollar dəyərində Amerika lokomotivləri alması münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, Tramp bu barədə özünə məxsus Truth Social hesabında paylaşım edib: "Mən indicə Qazaxıstanın hörmətli prezidenti Kasım-Jomart Tokayevlə gözəl söhbəti bitirdim. Biz ABŞ lokomotivləri və dəmir yolu avadanlıqlarının alınması üçün 4 milyard dollar dəyərində tarixdə ən böyük sövdələşmə imzaladıq. Biz illərdir psevdoekoloqlar tərəfindən hücuma məruz qalan ABŞ dəmir yolu sənayemizə dəstək olmalıyıq. Prezident Tokayevi uğurlşa alış münasibətilə təbrik edirik”.
Tokayevin mətbuat xidmətinin məlumatına görə, sözügedən müqavilə Qazaxıstanın dəmir yolu sənayesinin modernləşdirilməsində əsas tərəfdaş olan Wabtec ilə 4,2 milyard dollar dəyərindədir. Məlumata görə, sənədlər 300 ədəd təkmilləşdirilmiş xarakteristikalara malik yük lokomotivlərinin Qazaxıstana gətirilməsini və onlara texniki xidmət göstərilməsini nəzərdə tutur.
Musavat.com
23 Sentyabr 2025
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ