İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əl-Qaidə" liderindən ŞOK VİDEOMÜRACİƏT: Tramp və Maskla bağlı ÇAĞIRIŞ - FOTO

Yəməndə fəaliyyət göstərən “Əl-Qaidə”nin Ərəbistan Yarımadası qolu (AQAP) lideri Saad bin Atef əl-Avlaki vəzifəyə gəldikdən sonra ilk videomüraciətini yayıb. Müraciətdə o, ABŞ prezidenti Donald Tramp və sahibkar İlon Maska təhdidlər yönəldib.

Musavat.com xəbər bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Saad bin Atef əl-Avlaki deyib ki, ABŞ-ın İsrailin Qəzzadakı müharibəsinə dəstəyi “qarşılıqlı cavab” tələb edir.

“Qəzzada baş verənlərdən və xalqımızın başına gələnlərdən sonra heç bir qırmızı xətt yoxdur... Qarşılıqlılıq qanunidir”, - əl-Avlaki deyib.

Videoda eyni zamanda Misir, İordaniya və Fars Körfəzi dövlətlərinin liderlərinə qarşı hücum çağırışları da yer alıb.

Görüntülərdə Tramp, Mask, ABŞ-ın vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqsetin şəkilləri, həmçinin Maska məxsus şirkətlərin, o cümlədən "Tesla"nın loqoları əks olunub.

Qeyd edək ki, Saad bin Atef əl-Avlaki 2024-cü ildə əvvəlki lider Xalid Batarfinin ölümündən sonra “Əl-Qaidə”nin Ərəbistan Yarımadası qolunu idarə etməyə başlayıb. 2009-cu ildə Yəmən və Səudiyyə qruplarının birləşməsi nəticəsində yaranan qrup Yəmənin böyük hissəsinə nəzarət edən husilərdən asılı olmayaraq fəaliyyət göstərir.

ABŞ Vaşinqtonun maraqlarına qarşı hücumlara çağırışda ittiham etdiyi Əl-Avlakinin harada olduğu barədə məlumat verənə 6 milyon dollar mükafat təklif edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR