İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarpızın bilinməyən zərərləri açıqlandı: Mütəxəssislərdən vacib XƏBƏRDARLIQ

Yay aylarının ən çox sevilən və təravətləndirici meyvələrindən biri olan qarpız təkcə dadı ilə deyil, faydaları ilə də tanınır. 

Mütəxəssislər bu meyvənin sağlamlıq üçün bəzi gözlənilməz risklər daşıya biləcəyini bildirirlər.

Yuyulmadan istifadə ciddi təhlükə yarada bilər - Qarpızın xarici səthi tarlada torpaqla təmasda olur və müxtəlif mikroblara ev sahibliyi edə bilər. Əgər meyvə düzgün şəkildə yuyulmadan kəsilərsə, bu mikroorqanizmlər bıçaq vasitəsilə iç hissəyə keçə bilər. Mütəxəssislər bildirirlər ki, qarpızın təkcə su ilə deyil, fırça ilə soyuq suda yuyulması vacibdir.

Həddindən artıq istehlak həzm pozuntularına səbəb ola bilər - Qarpız yüksək miqdarda su və lif tərkibinə malikdir. Bu xüsusiyyətlər onu faydalı etsə də, bəzi insanlarda, xüsusilə də həssas mədə-bağırsaq sisteminə sahib olanlarda qaz, şişkinlik və ishal kimi həzm problemlərinə səbəb ola bilər. Bu səbəbdən, gündəlik porsiyalara diqqət yetirmək tövsiyə olunur.

Alerji riski olanlar diqqətli olmalıdır Qarpız bəzi şəxslərdə alerjik reaksiyalara da yol aça bilər. Xüsusilə meyvəni yedikdən sonra ağız ətrafında yanma, qaşınma və ya udqunma çətinliyi kimi simptomlar müşahidə olunarsa, dərhal həkimə müraciət edilməlidir.

Qarpız hər nə qədər faydalı və dadlı meyvə olsa da, onun düzgün yuyulması, ölçülü istehlakı və fərdi həssaslıqların nəzərə alınması vacibdir. Mütəxəssislər bu sadə ehtiyat tədbirlərinə əməl etməklə qarpızın potensial zərərlərinin qarşısının alınmasının mümkün olduğunu vurğulayırlar. (Yenisabah.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR